Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mərhum jurnalistin övladı xanım deputatın nəzarətində



Milli Məclsin üzvü Qənirə Paşayeva mərhum jurnalist Natiq Qədimovun övladının müalicəsini diqqətdə saxlayır.

Cebhe.info xəbər verir ki, bununla bağlı xanım deputat özünün facebook səhifəsində məlumat verib:

“Gənc yaşlarında aramızdan ayrılan jurnalist həmkarımız Natiq Qədimovun vəfatından sonra dünyaya gələn balası Natiqə yüksək səviyyəli müalicə ala bilməsi ilə bağlı mənə müraciət yazan bütün dostlara bildirmək istəyirəm ki, bu məsələ diqqətimizdədir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, dəyərli ziyalı Nəsib müəllimlə danışırıq və daim ciddi nəzarət altındadır. Balaca balamızın sağalması üçün əlimizdən nə gəlirsə edirik

 Balamızın anası əziz Nurlana bacıya da söylədiyim kimi jurnalist dostları olaraq hər zaman onların yanındayıq. Əziz dostlar, dualarınızı balaca Natiqdən əksik etməyin. Allah özü ona yardımçı olsun”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений