Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mənzil bazarında qiymət artımı OLACAQ?



Milli Məclisin üzvü Elmira Axundova Bakıda sökülən evlərə görə əhaliyə verilən kompensasiyanın məbləğinin artırılmasını təklif edib. O, “Sovetski” adlanan ərazidə və ətrafında söküntü işlərini misal çəkərək, kompensasiyanın son illərdə dolların məzənnəsinin qalxmasına uyğun olaraq hesablanması vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan manatının devalvasiyaya məruz qaldığını nəzərə alsaq, hökumətin sökülən evlərin kompensasiyasının qaldırılacağı gözlənilirdi. 

Amma hazırda qiymətlər əvvəlki illərdə hesablanan məbləğlə təklif olunur. Yəni sökülən evlərin kvadratmetri 1500 manatdan hesablanır. Millət vəkilinin fikrincə, nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Millət vəkilinin bu təklifi reallaşarsa, bu mənzil bazarında qiymətlərin artırılmasına gətirib çıxara bilər. 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, vahid təyin olunmuş qiymət hamıya şamil olunsun: “Çünki qanunvericilikdə birmənalı olaraq yazılıb ki, daşınmaz əmlakın yerləşdiyi ərazidən və göstəricilərdən asılı olaraq bazarda qiymətləndirilməli və bazar dəyərinə əlavə ödənişlər edilməklə onun köçürülməsi təmin edilməlidir. Yəni məsələyə bu konteksdən yanaşmaq lazımdır. Ev ola bilər ki, Bakının mərkəzində yerləşsin və  kvadratmetri 4000 manata dəyərləndirilsin. Ev  var ki, Bakının kənarında yerləşir və kvadratmetri 500 manata hesablanır. Bunların hər ikisinə 2000 manat kompensasiya tətbiq etmək düzgün deyil. Qanun var və ilk növbədə də qanuna əməl etmək lazımdır”.

Ekspertin sözlərinə görə söhbət “Sovetski” deyilən ərazidən gedirsə, vətəndaş köçürülür və onun uyğun, oxşar ərazidə ev alması üçün nə qədər vəsait tələb olunur. Bundan çıxış etmək lazımdır. Bu gün “Sovetski”nin mərkəzindən  köçürülən vətəndaşlara verilən kompensasiya  hansısa bir Bakı kəndində birotaqlı ev almağa belə bəs eləmir. Təbii ki, bu ədalətsiz yanaşmadır”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений