Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məmur oğlunun harınlığının nəticəsi – 33 yaşlı adam ölümlə üz-üzədir



Bir neçə gün öncə Bakıda törədilən cinayət hadisəsi, eşidən hər kəsi dəhşətə gətirir.

Mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yaşadığı binanın parkinqində yer üstündə mübahisə zamanı Mehtiyev Anar Yusif oğlu 33 yaşlı Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Fərhad Ağayev hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.

İnsider.az hadisə ilə bağlı Fərhad Ağayevin ailə üzvləri ilə əlaqə saxlayıb. 

Fərhad Ağayevin əlaqə saxladığımız ailə üzvü: “Hazırda vəziyyəti stabil ağırdır. Sevinirik ki, o, sağdır. Çünki onu itirmək, onun bir daha geri dönməyəcəyini düşünmək istəmirik”, - deyib.  
 
Məhkəmənin qərarı ilə hadisəni törədən Anar Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib və  Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. 

“Anar Mehdiyevin ailəsi bizimlə danışmaq üçün gələrkən onun atası oğlunun törədildiyi cinayətin, eləcə də onların üzərinə düşən  valideyn məsuliyyətinin ağırlığını anlayaraq vicdan əzabı çəkdiyini dedi. Lakin anası oğlunun xəstə olduğunu, dərmanlar qəbul etdiyini iddia edir. Biz bütün bunların cavabında oğlunun törətdiyi cinayətin cəzasını çəkəcəyini demişik, dialoq bu qədər olub. Başa düşə bilmirik, AR elit hərbi qüvvələrində xidmət edən,  vaxtilə xüsusi dövlət güc strukturlarında çalışan, sürücülük vəsiqəsi ilə “Galendwagen” idarə edən bir adam necə xəstə ola bilər?  ” – deyə zərərçəkənin ailəsi bildirib.

Qeyd edək ki, A.Mehdiyevin atası sabiq məmur, anası isə Dövlət doğum evlərinin birində ginekoloqdur.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilmiş və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

“İnsan törətdiyi əməldən peşman olmayıb. Təsəvvür edin ki, zərbə vurduğu insan yerdə qan içində vurnuxur, həmin adamın ailə üzvləri fəryad edir, o isə “zəng vurun 103-ə meyitini aparsınlar” deyir. Fərhad xəstəxanaya qardaşı tərəfindən çatdırılıb. 

Bir insanın qarşısında beyin silkələnməsindən sonra köpük qusan birinə sakit şəkildə baxması qədər dəhşətli, insanlıqdan uzaq bir səhnə təsəvvür edə bilmirik. Cinayəti törətdikdən sonra gedib yatıb. Polis onu aparanda yuxudan oyadıb. Vicdan adlanan bir anlayış yoxdur bu insanda. Ona görə də bizim ailə olaraq yeganə istəyimiz bu işə qanunlar çərçivəsində tam ciddi şəkildə baxılmasıdır.  
Tək zərərçəkənlə deyil, Anar Mehdiyev Fərhadın qardaşı ilə də münaqişə yaratmağa çalışıb, amma alınmayıb. Həmin hadisədən sonra onu polisə şikayət ediblər. Amma Anar Mehdiyevə heç bir qanuni yolla edilən xəbərdarlıq təsir etməyib. Nəticədə may ayının 20-si gecə Fərhadla qarşılaşaraq onun həyatına qəsd edib. Axı bir parkinq yeri üçün insan həyatına qəsd edilərmi? Münaqişə və mübahisə üçün zaman belə olmayıb, hadisə saniyələr içində baş verib”, - deyə ailə üzvü bildirib. 

A.Mehdiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений