Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məmmədyarov Aronyanla “sülh bağladı”



Belçikanın Lyoven şəhərində "Grand Chess Tour” seriyasının I mərhələsi davam edir.

Unikal.org xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub.
Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.

Cebhe.info
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений