Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məktəbləri niyə söküb-yığırlar?- Artıq xərc, yoxsa ehtiyac?



Azərbaycanda modul tipli məktəblərin inşası davam etdirilir. Artıq modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi də nəzərdə tutulur.

Ekspertlər hesab edir ki,  modul tipli məktəblərin inşası artıq məsrəfdir. Yaxşı olar ki, uzun illərdir ki, mövcud olan, hazırda isə qəzalı vəziyyətdə olan orta təhsil müəssisələrinin əsaslı təmiri və ya inşası həyata keçsin.Onların əvəzinə yenidən modul tipli məktəblərin tikilməsi artıq xərcdən başqa bir şey deyil.Maraqlıdır, Azərbaycanda modul tipli məktəblərə ehtiyac varmı?Ümumiyyətlə, belə təhsil müəssisələrinin əhəmiyyəti nədir?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki,  Azərbaycanda fəaliyyət göstərən 4500-ə qədər orta məktəbdən hazırda 650-yə yaxın məktəbin ciddi şəkildə təmirə ehtiyacı var:

“Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.

Təəssüf ki, hələ də normal tədris aparılması üçün şəraiti olmayan məktəblər var. Hətta onların bir neçəsi tamamilə qəzalı, yararsız vəziyyətdədi.Hesab edirəm ki, modul tipli məktəb binalarının quraşdırılmasından sonra bu problemlər tamamilə aradan qaldırılacaq”.Əlavə məsrəfə gəlincə, ekspert deyib ki, modul tipli məktəbin tikilməsi köhnə məktəb binasının təmirindən ucuz başa gəlir.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений