Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mebellərini sökərək şəhidlərə tabut düzəldən dəfn komissiyasının üzvü: “Gecə Nəcəf Nəcəfovun papağını tapdıq..."



“Şəhidlərin dəfn günü taxta tapa bilmirdik. Bu səbəbdən evimdəki mebelləri, divanları sökərək tabut düzəltdim. Səhərədək 40 tabut düzəltmişdim. O vaxt demişdilər ki, heç olmasa 40 tabut olmalıdır. O zamanlar Xırdalanda mebel sexim də var idi. Oradakı mebelləri də sökərək tabut düzəltdim. Səhəri gün rus ordusu qumbara ataraq oranı yandırdı”. 

Bunu Cebhe.info-ya açıqlamasında 20 Yanvar şəhidlərinin dəfn komissiyasının üzvü, Milli Dirçəliş Partiyasının sədr müavini və partiyanın Qarabağ Departamentinin sədri Şakir Ağayev deyib. 

O bildirib ki, Qüdrət Əbdülsəlimzadə sədrlik etdiyi Komissiyanın fəaliyyəti üçün aktivlik göstərənlər sırasında Nəcəf Nəcəfov da olub: “Nəcəf Nəcəfovla yanaşı Xaləddin Xəlilov və bir neçə şəxs də 40 gün komissiyada qalaraq fəallıq göstərdi. Bu komissiyanı özümüz yaratdıq. Gecə-gündüz bir yerdə olduq. Hadisələr baş verən gün də Mərkəzi Komitənin qabağına toplaşmışdıq. Gecədən səhərədək “Kamaz”ların altında qalan, yollarda öldürülən şəhidləri yerdən götürdük. Gecə Nəcəf Nəcəfovun papağını tapmışdıq, elə bildik ki, ölüb. Çoxlu əqidə dostlarımız o zaman şəhid oldu. Təsadüfən mən sağ qaldım.1995-ci ilədək döyüşlərdə olmuşam, Salyanda kazarmanı təmir etdirdik, Ağdama silah-sürsat daşıdıq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений