Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Maşınlar necə yaşadığımızı göstərir - RƏQƏMLƏR



“Avtomobil parkının yaşı və növ tərkibi ölkədə sosial təbəqələşmənin real mənzərəsini nümayiş etdirən bəlkə də yeganə rəsmi datadır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

R.Ağayevin sözlərinə görə, Azərbaycanda minik avtomobili parkının cəmi 12.5 faizi 5 ilə qədər olan maşınlardır: “2012-2013-cü illərdə bu göstərici 14 faiz ətrafında olub”. Ekspertin fikrincə,  təzə maşın idxalının azalması öz təsirini göstərib: “Müqayisə üçün deyim ki, 5 ilə qədər yaşı olan minik maşınlarının ümumi avtoparkda payı hazırda Rusiyada 27 faiz, Avropada 32-33 faiz ətrafındadır. Azərbaycanda istismar müddəti 10 ildən çox olan maşınlarn ümumi parkda payı 67 faiz təşkil edir. 3 il əvvəl isə 65 faiz olub. Bu göstərici Rusiyada 48, Avropada 36 faiz ətrafındadır”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений