Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Maşın aşdı, 3 nəfər xəsarət aldı



Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərsəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi "10-RH-107" dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1986-cı il təvəllüdlü Səfərova Aygün Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aygün Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений