Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Masallıda güclü külək ziyansız ötüşmədi



Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.
 
Cebhe.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.
 
Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub. Nəticədə orada avtomobillərini park edən sakinlərə məxsus 5-6 maşına ciddi ziyan dəyib.
 
Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub.

Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений