Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Marketlərdə 7 manatlıq mal əti: “Ölmüş, xəstə, ya da xaricdən gətirilən heyvanların ətidir” - İDDİA



Bakıdakı bəzi marketlərdə Ramazan ayı boyunca sümüklü mal ətinin kilqoramı 7 manata təklif edilib. Bunun kampaniya xarakteri daşıdığı bildirilsə də, bəzi məlumatlara görə, rəqabət şəraitində qiymətlər bayramdan sonra da bu civarda saxlanılacaq. Qəssablar isə mal ətini 11 AZN-dan başlayan qiymətlərlə təklif edir. 

Qiymət fərqinin kifayət qədər olmasına baxmayaraq, alıcılar çox vaxt qəssabxanalara müraciət edirlər. Maraqlıdır, qiymətlərin bu qədər fərqli olmasına səbəb nədir? 

Mövzu ilə əlaqədar Cebhe.info-ya açıqlama verən “Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, firmalar, şirkətlər, özəl müəssisələr bütün qida maddələri ilə əhaliyə qarşı terror törədirlər:

“Düşünməyə belə dəyməz,  birmənalı olaraq ölmüş, xəstə, ya da xaricdən gətirilən heyvanların ətidir. Əhaliyə elə ən çox ziyan vuran marketlərdir. Heç bir qanuna, sosial öhdəliyə, vicdani prinsiplərə əməl olunmur. Burada dövlətin əlaqədar qurumları lazımı qədər işləmir, nəzarət yoxdur.

Bu səbəbdən də özbaşınalıq yaranıb. İstənilən məhsulun altına nə yazsalar, onu elə də sata bilərlər. Buna heç kim nəsə demir. Bunu qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin bu məsələdə nə iş gördüyü məlum deyil. Bu işlərlə onlar maraqlanmalıdır və bunun qarşısı alınmalıdır”. 

İqtisadçı-ekspert əlavə olaraq qeyd edib ki, bazarda əslində standart qiymət və ya 1  AZN civarında fərq olmalıdır. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений