Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Maksim Medvedev: "Baş məşqçimiz demişdi ki, başımız ağrıya bilər" - MÜSAHİBƏ



“Qarabağ”ın futbolçusu Maksim Medvedev “Səbail” üzərindəki1 :0-lıq qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
 
- Ağır oyun oldu...
 
- Bu oyuna çox ciddi hazırlaşırdıq. “Səbail”i də yaxşı təhlil etmişdik. Fiziki cəhətdən daha güclü idilər.  Oyuna yaxşı başladıq, epizodlar yaratmağa çalışdıq. Təəssüf ki, qırmızı vərəqə işimizi korladı. Bununla belə uşaqlar ruhdan düşmədi və daha istəkli, daha aqressiv oynamağa başladı. Nəticədə 3 xal qazana bildik.
 
- Hakimliklə bağlı nə deyə bilərsən?
 
- Oyun ərzində ani epizodlar olur və biz də etiraz edirik. Tam olaraq epizodu televiziyadan görürük.  Kintananın epizodu penala oxşayırdı. Ona görə uşaqlar hakimin üstünə getdi.  Amma heç kim dəqiq deyə bilməz ki, orda nə baş verib.  Hər şey komandanın qələbə istəyindən irəli gəlirdi.
 
- Sanki “Qarabağ” oyuna rahat çıxmışdı. Bəlkə “Atletiko” ilə oyunu fikirləşirdiniz...
 
- Bildiyiniz kimi zədəli futbolçularımız var.  Bu üzdən hətta mövqe dəyişiklikləri də oldu. Çoxdan oynamayanlar da şans qazandı.  Ona görə bir az anlaşılmazlıq var idi. Amma deməzdim ki, “Atletiko” ilə oyun qabağı bu oyuna ciddi yanaşmırdıq.  Baş məşqçimiz də bu oyunun ciddiyətini izah etmişdi və bildirmişdi ki, başımız ağrıya bilər.
 
- İlk dəfədir ki, bu cür təngənəfəssən. Fiziki hazırlığın yerindəd eyil, ya necə?
 
- Yox, oyundan sonra əlavə məşq etdim ondan irəli gəlir.
 
- Özünü tam hazır hesab edirsən?
 
- Bütün fikrim “Atletiko” ilə oyuna yönəlib. “Səbail”ə qarşı oynayacağım sual altında idi.  Allahın köməyi ilə yaxşı oldu və zədəm məni çox incitmədi.  İnanıram ki, “Atletiko” ilə oyuna kimi daha hazır olacam və komandamız başqa cür futbol oynayacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений