Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Liverpul"un yarımmüdafiəçisi: "Messi kimi futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm"



 İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, misirli futbolçu bu müqayisənin onun üçün xoş olduğunu söyləyib. 

"Belə bir futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm. Messi uzun illərdir futbolun zirvəsindədir və hörmətə layiq futbolçudur. Mən yalnız vurduğumuz qolların sayına görə müqayisədən danışa bilərəm", - o deyib.

Qeyd edək ki, Məhəmməh Salah İngiltərə Premyer Liqasının 31-ci turunda "Uotford"la (5:0) qarşılaşmada 4 qol vurub. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений