Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Litvada da 20 Yanvar faciəsinin anım mərasimi keçirilib



Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Vilnüsdə anım mərasimi keçirilib.

Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev mərasim iştirakçılarına Qanlı Yanvar faciəsi ilə bağlı məlumat verib, bu faciənin Ümumxalq Hüzn Günü ilə yanaşı, Azərbaycan xalqının tarixində qəhrəmanlıq və igidlik səhifəsi olaraq qəbul edildiyini bildirib. Diplomat 20 Yanvar faciəsinə bənzər hadisələrin bir il sonra, 1991-ci il yanvarın 13-də Vilnüs şəhərində də yaşandığını qeyd edərək, bu günlərdə azərbaycanlıların hansı duyğular keçirdiyini Litva xalqının yaxşı anladığını vurğulayıb.

Tədbirin aparıcısı Litvanın tanınmış müğənnisi, Litva Musiqi və Teatr Akademiyasının dosenti Yudite Leitaite iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Sonra litvalı musiqiçilərin ifasında qəmli musiqilər səslənib.

Litvanın digər şəhərlərində də, o cümlədən Kaunasda, Şiayulyayda, Klaypedada 20 Yanvar şəhidləri yad edilib. Vilnüs və Kaunas universitetlərində təhsil alan tələbələr, Şiaulyay, Klaypeda şəhərlərində yaşayan soydaşlarımız anım tədbirləri təşkil ediblər.

Səfirliyin 20 Yanvar faciəsi ilə bağlı pres-relizi Litva Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə paylanılıb.

20 Yanvar faciəsi ilə bağlı Litvanın kütləvi informasiya vasitələrində yazı və məqalələr dərc olunub, reportajlar yayımlanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений