Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Lavrov Qarabağ konfliktinin həllinə birbaşa zərbə vuran əsas aparıcı şəxsdir" - POLİTOLOQ



“Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi A. Qutterş ilə birgə mətbuat konfransında BMT-nin Qarabağla bağlı qətnamələrini müharibə vaxtına aid olmasını qeyd etməsi, ilk növbədə beynəlxalq qanuna hörmətsizliyidir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Lavrovun bu açıqlaması, Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir:

“Deməli, Rusiya münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi ali qurumun dörd qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olmasını beynəlxalq hüquqdan çıxarmaq istəyir. Lavrov çox təhlükəli tendensiyalara toxunur, sanki Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir. Hazırda BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə dörd qətnaməsi qüvvədədir və ölkəmiz bu qətnamələrə əsasən öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Lavrov bu açıqlaması ilə rəsmi Bakıya BMT-nin məlum qətnamələrinə istinad etməməsini mesajını verir. Çünki ordumuzun döyüş qabiliyyətinin yüksəlməsi, Naxçıvanda strateji ərazilərin işğalçıdan geri alınması, erməni lobbisinin Rusiyada baş hamisi olan Lavrovu çox narahat edir”.

Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, prezident İlham Əliyev avqustun 30-da Rusiyaya rəsmi səfərində Putinlə görüşündə Lavrovun Qarabağ konfiliktinin ədalətli həllinə zidd açıqlamalarını hər halda onun nəzərinə çatdıracaq:

“Putinlə Soçi görüşündə Lavrovla bağlı mövqe ortaya qoyulmuşdu. Göründüyü kimi Rusiyanın Xarici işlər naziri Rusiyada ölkəmizin siyasi mövqelərinin zəifləməsinə və Qarabağ konfliktinin həllinə bir başa zərbə vuran əsas aparıcı şəxsdir. Kreml görünür, erməni lobbisinin istəyi ilə Azərbaycana siyasətini müəyyən edir. Xarici işlər nazirliyi Lavrovun moderatorluğu ilə aparıla biləcək danışıqlardan imtina etməlidir. Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün arzuolunmaz şəxs elan olunmalıdır. Bu şəxs Rusiya Xarici işlər nazirliyini anti-Azərbaycan mərkəzi edib”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений