Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kubok oyunlarının vaxtı dəyişdirildi - Prezident seçkilərinə görə



Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib.

Cebhe.info xəbər verir ki, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Topaz Premyer Liqasının və Azərbaycan kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib:

- Premyer Liqanın 19-cu turunun "Kəpəz” - "Qəbələ” və "Keşlə” - "Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, "Səbail” - "Sumqayıt” və "Qarabağ” - "Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçirilsin.

- Premyer Liqanın 20-ci turunun "Keşlə” - "Qəbələ” matçı 13 mart 2018-ci il tarixdə, turun digər üç oyunu isə 14 mart 2018-ci il tarixdə reallaşsın.

- Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları 11 aprel 2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilsin.

- Premyer Liqanın 23-cü turunun "Zirə” - "Neftçi” matçı 14 aprel 2018-ci il tarixdən 15 aprel 2018-ci il tarixə keçirilsin.

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений