Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kritik gün çatdı - AXŞAM MÜHÜM QƏRAR AÇIQLANACAQ



Qlobal bazarlar bu axşam Bakı vaxtı ilə 23:00-da açıqlanacaq Fed-in faiz qərarına fokuslanıb.

"Marja" xəbər verir ki, yeni sədr Jerome Pauell-ın sədrliyi ilə keçiriləcək ilk iclasda faizin 25 bənd artırılaraq 1,50-1,75%-ə qaldırılacağı gözlənilir.

09% KOMİSSİYA İLƏ PUL KÖÇÜRMƏLƏRİ

Faizin artırılmasından da önəmli olan, bu il faizin neçə dəfə artırılmasıdır. Fed bu ana qədər 2018-də 3 dəfə faiz artımının nəzərdə tutulduğunu bəyan edib. Bu sayın 4 dəfəyə qaldırılacağı gözlənilir. Belə olan halda Dollar bahalaşa bilər.

ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarından sonra keçiriləcək mətbuat konfransında sədr Jerome Pauell çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaqdır. Sədrin 3, yoxsa 4 dəfə faiz artırımına işarə edəcəyi maraqla gözlənilir.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

"Fed-in faizləri 1,50-1,75 faiz aralığına qaldıracağına qəti gözlə baxılır. Daha əvvəl bu il üçün 3 dəfə olaraq açıqlanan faiz artımı proqnozunun 4 dəfəyə qaldırılması, başda inflyasiya olmaqla iqtisadi proqnozların yüksəldilməsi və iqtisadiyyata olan etimadın təkrarlanması inkişaf etməkdə olan bazarlar başda olmaqla bazarları narahat edə bilər. Fed sədri Pauellin bəyanatları ilin qalanına dair siqnallar alınması baxımından diqqətlə izlənəcək",- analitiklər bildirir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений