Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kredit ittifaqı ləğv edildi - Cinayət işi



Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv edilən “Tərəkəmə Kredit İttifaqı”nın 14 nəfərə yaxın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.
 
Cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
 
Qeyd edək ki, bu ilin yanvarında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə 12 kredit ittifaqının - "Arzu Kredit İttifaqı”, “Azəriinvest Kredit İttifaqı”, “Cənub Kredit İttifaqı”, “Ceyhun Kredit İttifaqı”, “Compass Kredit İttifaqı”, “F.A.S. Kredit İttifaqı”, “Həkəri Kredit İttifaqı”, “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Lisenziyaların ləğv edilməsinə səbəb kimi kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması göstərilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений