Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kombayna görə ÖLÜM: Ağdamda



Ağdam rayonunda kombayn üstə mübahisə aparan kəndli keçirdiyi əsəb gərginliyindən dünyasını dəyişib.

Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, hadisə Ağdam rayon Qərvənd qəsəbəsində baş verib.

Belə ki, ərazisinin biçilməsi üçün konbayn üstə Qərvənd kənd bələdiyyə nümayəndəsi Ələmdar Şükürovla  mübahisə edən Ağdam rayon Baş Qərvənd kənd sakini, 1961-ci il təvəllüdlü Niyaz Kamran oğlu Zeynalov qəfl ürək tutmasından dünyasını dəyişib.

Əməkdaşımızın kənd sakinlərindən əldə etdiyi məlumata görə, Şükürov Ələmdar Sabir oğlu özünü bələdiyyə nümayəndəsi kimi təqdim etsə də, o, rəsmi olaraq bələdiyyə əməkdaşı deyil. Məsələ ilə bağlı araşdırma başlandığı gələn məlumatlar arasındadır.

Elgün Gəncimsoy

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений