Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kiyevdə prezident administrasiyası binasının qarşısında piket keçirir



Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları  prezident administrasiyası binasının qarşısında piket keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanaraq Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Onlar, qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.
 
Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.  
 
Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений