Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kişi qılığına girib iki qadına evlənib - İLGİNC HADİSƏ



Başlıq pulu almaq üçün kişi qılığına girən bir qadın iki qadınla ailə qurub.

Cebhe.info xəbər verir ki, hadisə Hindistanda baş verib.

Ənənəvi olaraq, qadınların kişilərə süd pulu ödədiyi ölkədə sosial mediada saxta hesab açan qadın iki həmcinsini aldadaraq öz niyyətini yerinə yetirib.

Polis Nainital əyalətində kişi təqlidi edərək iki qadınla evlənən və bunlardan birini süd pulu üçün döydü iddia edilən Krishna Səni nəzarətə götürüb.

Baş qərargah komissarı bildirib ki, sosial mediada "Sweety Sen" ləqəbini istifadə edən Krishna Senin 2013-ci ildən saxta profil açıb. O, sosial media hesabından kişi kimi pozlarda şəkillər paylaşıb və 2 qadını aldadıb.

Xəbərə görə, o, 2014-cü ildə internetdə tanış olduğu bir qadına bir iş adamının oğlu olduğunu söyləyib.

Toyda tanış olduğu başqa bir qadınla da, 2016-ci ildə evlənən Sənin polisə verdiyi ifadəsində özünü uşaqlıqdan bəri kişi kimi hiss etdiyini söyləyib.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений