Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kimi çılpaq və cəlbedici, kimi də pulu idarə edən qadınları ilə tanınır - FOTOLAR



İqlim dəyişikliyinə və müasir yaşam şərtlərinə diqqət etmədən təbii həyat tərzinə alışan qəbilələr var. 

Cebhe.info həmin qəbilələr barədə məlumatları təqdim edir: 

Rabari qəbiləsi. Min ildir Qərbi Hindistanda çay sahili  və düzənliklərlə yaşayan Rabari qəbiləsi İrandan köç edib. Bu qəbilədə  qadınların vəzifəsi bütün maliyyə işlərinin idarə olunmasıdır. Əsas gəlir mənbələri yun, süd və dəridir. 

Asaro qəbiləsi. Yeni Qvineyada yaşayan Asaro tayfası təhlükə altındadır. Çünki bu qəbilənin nəsli tükənir. Burada yaşayan insanlar bədənlərini yaxşı rəngə boyaya bilirlər. 

Drokpalar qəbiləsi. Qədim Ari sivilizasiyasından qalan son tayfadır. Əsrlər boyu işğallara məruz qalıb və Hindistanda özünü qoruyub saxlamağı bacarıb. Bu qəbilə kosmopolit mədəniyyətlə qarışıb. Onlar Orta Asiya xalqları ilə bənzər mədəni xüsusiyyətlərə malikdirlər. Drokpaların ən təəccüblü xüsusiyyəti odur ki, çox bəzəkli baş geyimlərindən istifadə edirlər. Bu başlıqlarda xüsusilə güllər əsas motivlərdəndir. 

Himba qəbiləsi. Şimali Namibyanın Kunene bölgəsində yaşayan etnik qrupdur. Emblemləri, paltarları və bəzək üsulları  ilə bu qəbilə bu gün dünyanın ən məşhur qəbilələrindən birinə çevrilib. Çılpaq Himba qadınlarının böyük bir qismi bədəninin cəlbediciliyi ilə seçilir. Bu qəbilənin insanlarının dərisi narıncı və ya qırmızı rəngə çalır. 

Kazak qəbiləsi. Bu qəbilə müxtəlif köklərdən gələn fərqli boyların birləşməsindən ibarət qədim tarixə malik etnik qrupdur. Milladdan əvvəl Hexi dəhlizində  heyvandarlıqla məşğul olublar. Daha sonra Rayo çayı bölgəsini (Saka) ələ keçiriblər. Yerli Saka və Böyük Rouzhi (Yuezhi) boyları kazakların ana qəbiləsi hesab edilir. Vaşaq, dələ, samur, tülkü, qunduz,  vəhşi  maral, ceyran,  qoyun, çöl ördəyi, qırqovul və bildirçin ovlayır. Bu qəbilənin insanları əkinçiliklə də məşğul olur, buğda, qarğıdalı və düyü yetişdirir. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений