Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Keşlə"nin rəqibi iştirak ərizəsini açıqladı



Avropa Liqasında Azərbaycan təmsilçisi "Keşlə"nin rəqibi olan Maltanın "Balzan" klubu I təsnifat mərhələsi üçün iştirak ərizəsini təqdim edib.

Milli.Az xəbər verir ki, serbiyalı baş məşqçi Marko Miçoviç 23 nəfərlik siyahıya 2 qapıçı, 10 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu daxil edib. Onların sırasında ümumilikdə 12 legioner - 5 serbiyalı, 2 braziliyalı, eləcə də İngiltərə, Uruqvay, Kolumbiya, Makedoniya və Monteneqrodan olan 1 oyunçu yer alıb.

Qapıçılar: 1. Şon Mintoff, 83. Stiv Sultana;

Müdafiəçilər: 4. Castin Qrioli, 11. Stiv Betsina, 14. Harri Askroft (İngiltərə), 15. Maykl Conson, 16. Antonio Mitrev (Makedoniya), 18. Uroş Lyubomirats, 20. İvan Bozoviç (hər ikisi Serbiya), 21. Nil Frendo, 23. Elkin Serrano (Kolumbiya), 42. Rikardo Korrea (Uruqvay);

Yarımmüdafiəçilər: 6. Deyl Kamillyeri, 8. Nenad Sliviç (Serbiya), 9. Lekao (Braziliya), 30. Kadu (Braziliya), 88. Şon Çipriott, 99. Miloş Lepoviç (Serbiya);

Hücumçular: 7. Laydon Mikallef, 10. Siray Arab, 17. Alfred Effyonq, 50. Andriya Maydevaç (Serbiya), 86. Boyan Kalyeviç (Montenqero);

"Keşlə" "Balzan"la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений