Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kərim canlı yayımda həmkarını hədələdi: “Ayağımın bildiyini başın bilmir” - VİDEO



Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Rəhim Rəhimli ilə aralarında olan qalmaqaldan danışıb. 

Cebhe.info-nun məlumatına görə “APA” TV-nin “Show time” verilişinə qonaq olan ifaçı həmkarını parodiya edərək aralarında olan incikliyin səbəbini açıqlayıb: 

“Hərdən elə bir insanlardan elə şeylər görürəm ki, doğrudan şoka düşürəm. Biri var ki, mənim bir insanla münasibətim yoxdur, o da çıxıb mənim ünvanıma söz atır. Bunu hardasa normal qəbul edə bilərdim. Amma biz bir-birimizin evinə edib gəlmişik. Hər dəfə də aramızda sənətdən və digər mövzularda söhbətlərimiz olub. Amma çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum. Dedim ki, bu nə danışır? Yəni 9 milyonun içində mənə ağının danışığını bilmirsən dedin. Camaat mənim etik normalarımdan, danışıq mədəniyyətimdən danışır. Mənim barəmdə SSR-nin xalq artisti Zeynəb Xanlarova o boyda məqalə çıxarıb. İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova hamısı mənim danışığımdan, mədəniyyətimdən, etik normalarımdan, ifa tərzimdən danışır. O, haqqımda söz dedi, mən də cavab verdim. Sonra çıxıb deyir ki, hansısa söhbətləri çıxıb, danışmaq tərbiyəsizlikdir. İlk növbədə sən çıxıb efirə tərbiyəsizcəsinə söz atırsan, düşünmürsən ki, mənim də sənə cavabım olacaq.  Onun 41 yaşı var, dediyi sözü dərk etməli, mənə zəng eləməli idi. Amma gördüm ki, zəng eləmədi. Bəlkə də bu söz-söhbətlər onun özünə lazım idi. Mənim haqqımda İlqar Muradov, Nisə Qasımova, Elnarə Abdullayeva danışsaydı, susardım. Çünki bilirəm ki, onların özləri, sənətləri, əxlaqları böyükdür. Rəhim, mənim haqqımda fikir bildirmək sənin üçün tezdir. Rəhim Rəhimli müğənni deyil. Özü də bunu etiraf edib. Müğənni deyilsənsə, müğənni haqqında danışma. Mənim musiqidə bildiyimi sənin başın bilmir. Müğənni sözünü ağzına alıb danışma. Bu elə bilir ki, böyük sənətkardır, bizə tərbiyə verir. Onun özünə tərbiyə verən lazımdır”. 

Kərim onu da əlavə edib ki, R.Rəhimliyə qadağası var: “Mən ona barəmdə danışmağı qadağa etmişəm. Ümumiyyətlə mənim adımı çəkməsin, yoxsa onun üçün çox pis olar. Qadağaya əməl etməsə, məhkəməyə verməyəcəm. Dilim varsa, dilçəyim də var. O mənə 1 söz atacaq, mən də ona 10 söz deyərəm, onun dəymişi durar, kalı tökülər”. 

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений