Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Kəpəz" tarixi derbiyə itkilərlə çıxacaq



Topaz Premyer Liqasının IX turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” oyuna itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandada həm cəzalı, həm də zədəli futbolçular var. Ötən tur “Zirə”yə qarşı matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi tarixi derbidə iştirak edə bilməyəcək. 
 
“Sarı-göylər”in 2 futbolçusu isə zədəlidir. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil.
 
Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşq prosesində iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений