Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kəndlidən kəsib… xaricə axıdılan milyonlarımız



Ötən il Azərbaycan taxıl idxalına 227 mln. ABŞ dolları vəsait xərcləyib.Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır.

Qeyd edək ki, Azərbaycanda ötən il istehsal olunmuş pambığın dünya bazar qiyməti 150 milyon dollardan artıq deyil. Əsasən pambıqçılığın inkişafına xüsusi yer verilməsi və böyük sahələrin pambıq üçün əkilməsi heyvandarlığın aşağı düşməsinə, bu mənada isə ölkənin xaricdən ət, süd və yağ alışının kəskin artmasına səbəb olub. Ekspertlər hesab edir ki, taxıl idxalına 227 milyon dollar vəsait xərclənməsi indiki halda heç də əlverişli və məqsədəuyğun deyil.Halbuki bu qədər vəsaiti daxili bazara yönəltmək və daha çox istehsal etmək mümkündür.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, buğdanın məhsuldarlığını inkişaf etdirmək üçün Azərbaycanın aran rayonlarındakı ərazilərdə bir taxılı iki il əkmək olar:

“Yəni bir ərazidə iki dəfədən artıq taxıl əkilsə, rentabelsiz bir məhsul olacaq. Ona görə də taxılı yalnız aran rayonlarında ərazisini dəyişə-dəyişə əkmək mümkündür.Buna da vəsait qoyulmalıdır.Bir sözlə, Azərbaycanda keyfiyyətli taxıl tələbatının 60-70 faizə qədərini yetişdirmək mümkündür.

Onunla razıyam ki, buğdanın idxalından müəyyən qədər azaldıb, ölkə daxilindəki məhsuldarlığı, istehsalı inkişaf etdirmək mümkündür.Ümumiyyətlə isə hesab edirəm ki, Azərbaycanın ərzaq buğdasına olan tələbatının hamısını ölkə daxilinə yükləmək mümkün deyil.Hardasa 30-40 faiz həcmində xaricdən idxal vacibdir.Amma idxala aludə olmaq düzgün deyil, variantlar axtarıb istehsalı daha çox artırmaq olar.Bir şərtlə ki, istənilən sahənin keyfiyyətinə və məhsuldarlığına diqqət edilsin”.

Ekspertin sözlərinə görə, Azərbaycan Qazaxıstan, Kanada kimi daxili istehsalla məşğul olub, daxili tələbatı ödəməklə idxal etmək potensialına malik deyil:

“Pambığa gəldikdə isə ümumiyyətlə, Azərbaycanda bu məhsulun istehsalını inkişaf etdirmək, yetişdirmək, investisiya qoymaq düzgün deyil. Çünki Azərbaycan pambığı keyfiyyət baxımından çox aşağı pambıqdır və bunu inkişaf etdirmək isə burada mümkün deyil.Azərbaycanda yetişən pambıq dünya bazarında satılan pambıqdan qat-qat aşağı keyfiyyətə malikdir.Yəni Azərbaycan texnikası pambıq istehsalı üçün deyil.Dünyada o cür keyfiyyətli pambıqları qoyub, niyə gəlib Azərbaycanın aşağı, keyfiyyətsiz pambığını alsınlar. Azərbaycanda pambıq istehsalı heç bir effektə malik ola bilməz..”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений