Keçmiş prezident saxlanıldı: 50 milyonun hesabı soruşulur

Fransada keçmiş prezident Nikola Sarkozi saxlanılıb.
Cebhe.info xəbər verir ki, “Le Monde” qəzeti onun Paris əıtrafındakı Nantere polis məntəqəsində dindirildiyini yazır.
Sarkozinin saxlanması 2007-ci ildəı prezident seçkisi ərəfəsində qanunsuz maliyyələşmə ilə bağlıdır.
2012-ci ildə yerli mətbuat Sarkozinin seçki kampaniyası üçün xərclənən 50 milyon avronun Liviya hakimiyyəti tərəfindən verildiyini yazmışdı. O zamandan etibarən araşdırma davam edir.
“Le Monde” qeyd edir ki, eks-prezident bununla bağlı ilk dəfə dindirilir. Onun saxlanması 48 saat davam edə bilər. Bu müddətdə eks- prezidentə rəsmi ittiham irəli sürülməli, ya da sərbəst buraxılmalıdır.
Xəzər
Cebhe.info