Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Keçmiş nazir 3 mərtəbəli malikanəsini sökdürür



Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan malikanəsini sökdürür. Malikanə paytaxt İrəvanın Vaaqni küçəsində yerləşir. 

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, 3 mərtəbəli malikanə zaman-zaman  sabiq nazirin lüks həyatından yazan mətbuata manset olub. 

İndi isə Ohanyan orduya ayrılan pulları mənimsəməsini göstərən faktlardan biri olan malikanəni yerlə-yeksan etdirir. Beləliklə də o, ittihamları özündən kənarlaşdırmaq niyyətindədir. 

Məlumat üçün bildirək ki, Seyran Ohanyan 2008-ci ilin aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri postunu tutub. Ölkədə hakimiyyət dəyişikliyindən sonra onun da adı korrupsionerlər sırasında çəkilib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений