Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Keçmiş məhkum növbəti dəfə tutuldu



Gəncə şəhərində yerli sakindən narkotik vasitə aşkarlanıb.

"Report" xəbər veriri ki, Nizami RPİ (Gəncə) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. 

Araşdırmalarla onun rayonun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd edək ki, Elnur Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digrə şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений