Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kataloniya rəhbərliyi İspaniya hakimiyyəti ilə danışıqlardan imtina etdi



Kataloniya hökuməti hazırda İspaniya hakimiyyəti ilə 1 oktyabr "referendum"u və sonrakı hadisələrlə bağlı heç bir danışıqlar aparmır.

RİA Novosti-nin məlumatına görə, bunu Kataloniya hökumətinin sədr müavini Oriol Junkeras deyib.

"Biz dialoq tərəfdarıyıq, hər kəslə danışmağa çalışırıq. Biz Konqresdə 18 dəfə buna cəhd etdik və bizə 18 dəfə imtina etdilər", - deyə o xarici jurnalistlərə açıqlamasında vurğulayıb.

O.Junkeras bildirib ki, "Referendum cinayət deyil". Və növbəti dəfə bəyan edib ki, Kataloniyada oktyabrın 1-də müstəqillik haqqında referendum keçiriləcək.

Hökumətin sədr müavini əlavə edib ki, əgər 1 oktyabr "referendum"unda İspaniyadan ayrılmaq tərəfdarları qalib gəlsələr, müstəqillik elan olunacaq: "Əgər əleyhdarlar qələbə qazansalar, Kataloniya parlamenti buraxılacaq".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений