Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kamran Ağayevin cəzası açıqlandı



Çexiya Futbol Federasiyasının İntizam Komitəsi “Mlada”da çıxış edən millimizin qapıçısı Kamran Ağayevi cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Ağayev cəzaya görə 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.
 
Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulmuşdu.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений