Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində



"Kəpəz"də komandanın güclənməsi yolunda əməli fəaliyyətə start verilib. İcra başçısı Elmar  Vəliyevin inamlı çıxışından sonra oğul Vəliyev “Kəpəz”in gücləndirilməsi yönündə hansı addımların atılmasının vacibliyi mövzusunda baş məşqçi Yunis Hüseynovla söhbət edib. Qərara alınıb ki, növbəti mövsümdə iddialılardan biri olmaq üçün komandanın özəyi indidən, dəqiq desək, qış fasiləsində qoyulmalıdı. Bunun üçün isə ilk növbədə heyətə səviyyəli futbolçular cəlb olunmalıdı. Planda 5-6 yerli oyunçunun adı olsa da, onlardan ikisinin adını öyrənə bildik.
 
Bunlar yığma üzvləri Kamran Ağayevlə Namiq Ələsgərovdu. 
 
Düzdü, Kamranla “Keşlə” də yaxından maraqlanır və bu komandayla anlaşmaq şansı kifayət qədər realdı. “Kəpəz”in də AFFA-nın nəzarətində olduğunu nəzərə alsaq, təcrübəli qapıçının assosiasiyada çalışanların məsləhəti əsasında Yunis Hüseynovun rəhbərliyi altında oynayacağı istisna olunmur. Üstəlik, Kamran publikaya işləyən futbolçu kimi tanınır deyə, Gəncədə böyük coşqu ilə qarşılanması və daim diqqət mərkəzində olması ehtimalı keçiddə əsas rol oynaya bilər. Öz aramızdı, Ağayevin o boyda icra başçısının, yaxud oğlunun zənginə “yox” deyəcəyi də inandırıcı görünmür.

Namiq Ələsgərovun durumu məlumdu. Tərlan Əhmədovun əsas heyətdə şans vermədiyi yarımmüdafiəçi məlum durumla barışa bilməz. Heç şübhəsiz, ehtiyatda qalması özünə də xoş deyil. Daim oynaya biləcəyi komandaya üz tutmaq istəyir. Üstəlik, “Kəpəz” və Gəncə ona doğmadı. Xatırlayırsızsa, Namiq 2015/16 mövsümünün ikinci yarısını məhz “Kəpəz”də keçirmişdi. Azarkeşlərin sevimlisidi, yerli mühitlə tanışdı.("Futbol plus" qəzeti)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений