Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Jiquli" mikroavtobusa çırpıldı - QƏZA



Ağdamda ağır yol qəzası baş verib.

Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində - Quzanlı-Əfətli yolunda qeydə alınıb.

Yolda hərəkətdə olan 02-BR-489 dövlət nömrə nişanlı, Jiquli VAZ-2106 markalı minik avtomobili ötmə əməliyyatı edərkən qarşıdan gələn Mercedes  markalı mikroavtobusa çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü ağır bədən xəsarətləri alıb. Qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Ancaq sürücü qəzadan xəsarətsiz qurtulmayıb.

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Elgün

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений