Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İtkin alpinistlərin axtarışı rəsmən dayandırılıb? - AÇIQLAMA



Dekabrın 24-dən Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə itkin düşüb, hələ də onlardan bir xəbər yoxdur.

Bu müddətdə isə axtarışların dayandırılması haqda müxtəlif xəbərlər yayılır. Maraqlıdır, bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

"Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: 

“Axtarışlar dayandırılmayıb. Hava şəraiti imkan verdikcə axtarışlarımızı davam etdiririk. Lakin hələlik heç bir yenilik, xəbər yoxdur”. 

Onun sözlərinə görə hava şəraiti də tez-tez dəyişir. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений