Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsveçrədə azərbaycanlı məktəblilər üçün bayram tədbiri keçirilib



İsveçrə Konfederasiyasının Leysin şəhərində yerləşən “Swiss American Academy” beynəlxalq məktəbində ilk dəfə Azərbaycandan iştirak edən məktəblilər üçün Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfirliyinin dəstəyi ilə Novruz bayramı tədbiri keçirilib.

Səfirlikdən verilən məlumata görə, beynəlxalq məktəbdə dünyanın bir çox ölkələrindən məktəblilər hazırlıq kursları keçir.
Azərbaycandan isə ilk dəfə məktəbli qrupu iştirak edir.

Tədbirdə qonaqlara səfirlik tərəfindən Novruz bayramı münasibəti ilə hazırlanmış milli şirniyyatlar təqdim edilib. Ziyafətdən sonra məktəblilərlə görüş keçirilib və fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində İsveçrə Konfederasiyasının təhsil sistemi haqqında məktəblilərə məlumat verilib. Bununla yanaşı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı nəşr olunmuş kitabların səfirlik tərəfindən mütəmadi olaraq İsveçrə Konfederasiyasının universitetlərinə və kitabxanalarına verilməsi qeyd edilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений