Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İstanbulun əhalisi kəskin azalacaq



Türkiyə əhalisinin sayı  2069-cu ildə 100 milyon nəfəri ötəcək.

Cebhe.info-nun məlumatına görə, belə bir açıqlama ilə Türkiyə Statistika Təşkilatı açıqlama verib.  Mövcud demoqrarafik göstəricilərlə bağlı artım tempi isə Türkiyə əhalisinin 2040-cı ildə 100 milyona çatacağını göstərir. 

Türkiyə Dövlət Statistika Təşkilatının verdiyi məlumatda qeyd edilir ki, 2017-ci ildə Türkiyə əhalisinin sayı 2017-ci ildə 80 milyon 810 min 525 nəfər təşkil edib.  2023-cü ildə bu göstəricinin 86 milyon 907 min 365 nəfərə, 2040-cı ildə isə 100 milyon 331 min 233 nəfərə çatması proqnozlaşdırılır. 2069-cu ildə Türkiyə əhalisinin 107 milyon 664 min 79 nəfərdən ibarət  olacağı gözlənilir.  

Lakin 2069-cu ildən sonra Türkiyə əhalisinin sayında azalma müşahidə olunacağı xəbər verilir.  Ciddi artım olmaması səbəbindən 2080-ci ildə Türkiyə vətəndaşlarının sayı 107 milyon 100 min 904 nəfər təşkil edəcək. 

Ən çox azalma isə İstanbulda gözlənilir. Ankara, Bursa, İzmir, Antalya  şəhərlərində artım baş verəcəyi halda, 2023-cü ildə İstanbul əhalisinin sayı son 13 ildə ən aşağı səviyyəyə-16,3 milyon nərəfə enəcək. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений