Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrail naziri müharibə anonsu verdi: “Daş dövrünə qaytaracağıq”



İsrailin kəşfiyyat naziri yeni müharibənin anonsunu verib. Buna səbəb isə İranın Livanda raket bazası inşa etməsi olub.

Cebhe.info xəbər verir ki, İsrail naziri Yisrael Katzın sözlərinə görə, ölkəsi həmin ərazini vuracaq.

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Elaph"a açıqlama verən nazir "İranın Livanda yüksək səviyyədə bir raket bazası inşa etdiyini bilirik və təkrar vurğulamaq istəyirəm ki, bu, bizim qırmızı xəttimizdir. Nə bahasına olursa–olsun, buna icazə verməyəcəyik",- deyib.

İsrailin bölgədə baş verənləri çox yaxşı bildiyini deyən nazir "Hərbi əməliyyatla onlara mane olacağıq. Eyniylə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəfə alınacaq",- deyə vurğulayıb. 

Müsahibədə İsrailin 2006-cı ildəki müharibədə “Hizbullah”a uduzaraq Livandan geri çəkildiyi də xatırlanıb. Katz "Sizə deyirəm, Livanı daş dövrünə qaytaracağıq",-deyə suala cavab verib.

Cebhe.info xatırladır ki, İsrailin bölgədəki bütün əməliyyatlarında adı çəkilən Katz ölkəsinin müharibə istəmədiyini də bildirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений