Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur



İsmayıllı rayonunun Kürdmaşı kəndində son günlər ərzində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb.

Kənd sakinləri Çərkəz Abdullayeva, Tünzalə İsmayılova, Mənsurə Cəfərova APA-nın yerli bürosuna bildiriblər ki, son 4 gündə onlara məxsus 150 baş ev quşu naməlum xəstəlik səbəbindən tələf olub.

Digər sağlam ev quşlarının tələf olmasının qarşısını almaq məqsədi ilə ölmüş quşlar dərmanlanaraq torpağa basdırılıb. Buna baxmayaraq, hazırda kənddə ev quşlarının tələfatı davam edir.

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsinə məlumat verilib, tələf olmuş quşlardan analiz və yoxlama üçün nümunələr götürülərək idarəyə göndərilib. Tələf olmanın səbəbi analizlərin nəticəsindən sonra aydın olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений