Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İŞİD-in son “qalası” da alındı: “Küçələrə çıxıb isti şorba için”- ƏHALİYƏ MÜRACİƏT



İŞİD terror təşkilatı indiyə qədər nəzarətində olan Suriyanın Rakka şəhərini də itirib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG-nin əsas bazasını təşkil edən Suriya Demokratik Gücləri (SDG) şəhərdə ancaq 50 İŞİD-çinin qaldığını açıqlayıb.

Suriya Demokratik Güclərinin yetkililəri BBC-yə açıqlamalarında şəhərə nəzarəti bərpa etdiklərini və İŞİD-çilərin şəhəri tərk etdiyini bildiriblər.

Beləliklə də İŞİD Suriyadakı son qalası hesab edilən Rakkanı da əlindən vermiş oldu. ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələri və SDG İŞİD-in şəhərdən çıxarılması üçün bir neçə aydır mübarizə aparırdı. Ortaq əməliyyatlarn qələbə ilə nəticələndiyi bildirilir. Rəsmi açıqlamanın da yaxın zamanda yayılacağı vurğulanır.

BBC müxbiri də bu barədə deyilənləri SDG yetkililərinə istinadən təsdiqləyib.

Şəhərdə indi sabitlik hökm sürür,  yük maşınından əhaliyə küçələrə çıxmaq və isti şorba içmək çağırışı səsləndirilir. 

Cebhe.info xatırladır ki, İŞİD Rakkanı 2014-cü ildə ələ keçirmişdi. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений