Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İşgəncə düşərgəsindən GİZƏMLİ FOTOLAR: Ortaya nələr çıxdı



Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə yaratdığı və ABŞ-la birlikdə istifadə etdiyi  işğıncə düşərgəsi ilə bağlı ilginc iddialar ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, düşərgə barədə məlumatı məhkumlardan biri verib. Adı açıqlanmayan məhkum  “Associated Press” agentliyinə göndərdiyi məktubda işgəncələri detallı şəkildə təsvir edib. Ona qarşı ittihamların təsdiqini tapmadığı halda bir ildə 3 fərqli həbsxanaya göndərildiyini yazan məhkum xüsusilə fiziki işgəncələrə məruz qaldığını iddia edib. 

İddialara  görə, ölkənin cənubundakı Adendəki Beir Əhməd həbsxanasında üzlərini bağlayaraq gedən 15 məmur məhkumlara işgəncə edib. Mukalla şəhərindəki Riyan həbsxanasında isə bir yüksək rütbəli məmur ABŞ-ın çirkli işləri üçün Birləşmiş Ərəb Əmirliklərindən istifadə etdiyini deyib. İddialara görə, məhkumlar casusluğa vadar edilir. İşgəncələrə məruz qalanlar əsasən İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinənlərdir. 

Xatırladaq ki, bir il əvvəl də Yəmənin cənubunda BƏƏ-nin də istifadə etdiyi deyilən 18 gizli həbsxana tapılmışdı. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений