Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvandan sonra növbə Qarabağda... 



İşğalçı komandirlər siyasi səhnədən niyə gedirlər?

İşğal altındakı Dağlıq Qarabağdakı qondarma “DQR” rejimində istefalar davam edir. Belə ki, separatçıların rəhbəri Bako Saakyan bu dəfə “müşaviri” Armen İsaqulovu, “Təhlükəsizlik Şurası katibinin müavinləri” Viktor Koçaryan və Robert Şaferyanı vəzifəsnidən azad edib. Ermənistanda baş verən “məxməri inqilab”dan sonra Dağlıq Qarabağda vəziyyət gərginləşməkdə davam edir. Azərbaycan torpaqlarının işğalında iştirak etmiş hərbçilərin artıq siyasi mövqeyi zəifləməyə başlayır. Ermənistanda Qarabağ klanının hakimiyyətdən getməsindən sonra Bako Saakyanın ətrafındakı hərbi xunta da mövqelərini itirir. Yerli əhali onların istefasını tələb edir. 

Eyni zamanda, yaxın vaxtlarda Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş müdafiə naziri Sambel Babayanın da iyunun 15-də məhkəmədə bəraət alaraq “məxməri inqilab” etmək üçün Xankəndinə gələcəyi deyilir. Yəni, Dağlıq Qarabağdakı hərbi xunta nümayəndələrinin arasında qarşıdurma dərinləşir. Bu səbəbdən də separatçı rejimin rəhbəri Bako Saakyan 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”ndə namizədliyini irəli sürməyəcəyini bildirib. Bununla da Bako Saakyan özünü siyasi cəhətdən sığortalamağa və hakimiyyətini qorumağa çalışır. Lakin Ermənistan prezidenti Armen Sarkisiyanın iyunun 13-də Bako Saakyanın dəvəti ilə Xankəndinə səfər etməsi Dağlıq Qarabağdakı separatçı rejimin daxilində siyasi qarşıdurmanın getdikcə gərginləşməsindən xəbər verir. 

Maraqlıdır, separatçılarını siyasi səhnədən getməsi Qarabağda nəyi dəyişəcək?

Siyasi İnnovasiyalar və Texnalogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”qəzetinə açıqlamasında deyib ki, erməni separatizmi artıq Serj Sarkisyanın əleyhinə çevrilib: “Ermənistandakı proseslərin kökü Dağlıq Qarabağdan başlayıb. Dağlıq Qarabağda bu proseslər sadəcə, ona görə alt qatda qaldı ki, Ermənistanda “məxməri inqilab” başladı və Qarabağdakı separatçılar Serj Sarkisyanın devrilməsinə kömək etdilər. Onların ümidləri də ona idi ki, Nikol Paşinyan gəlib normal siyasət aparacaq. Sonradan bəlli oldu ki, Nikol Paşinyan Serj Sarkisyandan daha sərt ritorika ortalığa qoyur. Çünki Dağlıq Qarabağ ermənilərinin əsas problemi təhlükəsizlik məsələsidir. Onları 20 ildir Robert Köçəryan, Serj Sarkisyan aldadırdı ki, dünya erməniləri müdafiə edir, Ermənistanla birgə Azərbaycanı əzəcək. Dağlıq Qarabağ erməniləri görür ki, Azərbaycan nəinki əzilmədi, əksinə ölkəmiz dünya çapında bir dövlətə çevrildi. Dağlıq Qarabağ erməniləri “məxməri inqilab” dövründə və Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra  sakitləşdilər. Amma elə ki Nikol Paşinyanın Azərbaycanın ünvanına daha sərt danışdığını gördülər, bundan narahat olmağa başladılar. Bilirlər ki, Nikol Paşinyan hökuməti də Azərbaycanı çökdürə bilməyəcək.

Əgər Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti Azərbaycanı çökdürə bilmədilsə, deməli, Nikol Paşinyan da bunun öhdəsindən gələ bilməyəcək və beləliklə də üzə çıxdılar. Dağlıq Qarabağ ermənilərinə Ermənistan hökumətinin Azərbaycanla dil tapması, münasibətlər nəticəsində təhlükəsizliklərinin təmini lazımdır. Bu vəziyyət yaranmayana qədər Dağlıq Qarabağda gərgin vəziyyət davam edəcək. Çünki orada sosial problemlər var, əhalinin çox hissəsi bankların girovudur. Dağlıq Qarabağ erməniləri fikirləşir ki, bütün dünya onlara pul göndərib, amma göndərilən pulu Robert Köçəryan cibinə qoyub. Yəni, orada belə problemlər mövcuddur. Azərbaycanla Ermənistanın münasibətləri normallaşmayana qədər Dağlıq Qarabağda vəziyyət sabitləşməyəcək. Bir sözlə, işin kökü Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasındadır. Qaldı ki, Samvel Babayanın “məxməri inqilab” etmək üçün Xankəndinə gəlməsi məsələsinə, bu, o qədər də əhəmiyyətli deyil. Dağlıq Qarabağda yeni hərəkat yaranıb və o hərəkat liderləri Dağlıq Qarabağdakı vəziyyəti istənilən istiqamətə çevirmək gücündədirlər. Yeri gəlsə, Sambel Babayana ehtiyac yoxdur”.

Politoloq Bako Saakyanın 2020-ci ildə keçiriləcək “prezident seçkiləri”ndə namizədliyini irəli sürməyəcəyi və Ermənistan prezidenti Armen Sarkisiyanın iyunun 13-də Bako Saakyanın dəvəti lə Xankəndinə səfər etməsinə də toxunub. Vurğulayıb ki, Armen Saakyan Dağlıq Qarabağda mitinqə görə ora səfər edib: “Bako Saakyana qulaq asmırlar. Armen Sarkisyan guya ki, Yerevandakı mininqləri sakitləşdirmək üçün vasitəçilik edib. İndi isə gedib Dağlıq Qarabağdakı mintinqləri sakitləşdirə bilər. Bako Saakyan 2020-ci ildə Qondarma Dağlıq Qarabağın prezidenti olmayacaq. Bu, yalnız vəddir. Dağlıq Qarabağdakı inqilabi prosesləri sakitləşdirməyə hədəflənib”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений