Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranı qarışdıran Səddam Hüseynin ailəsi olub - SEPAH-dan ciddi ittiham 



İran İslam İnqilabı Keşikçiləri  Korpusunun (SEPAH)  sözçüsü Ramazan Şərif  jurnalistlərə açıqlamasında İraqın keçmiş prezidenti Səddam Hüseynin ailəsinin üzvlərini ölkədə baş verən son etirazlarda rol oynamaqda günahlandırıb.

Cebhe.info-nun məlumatına görə, “SEPAH” sözçüsü hər hansı bir dəlil-sübut göstərmədən   ölkənin 101 şəhərində molla rejiminə qarşı baş verən son etirazlarda Səddam Hüseynin ailə üzvlərinin əli olduğunu iddia edib: “İslam Respublikasının bölgədəki müxalifləri arasında tanınmış düşmənləri var. Bizdə olan məlumatlara görə, ölkənin müxtəlif şəhərlərində əhalini hakimiyyətə qarşı iğtişaşlara qatılmağa təhrik edən Səudiyyə Krallığı, Amerika, monarxistlər (səltənət tələblər) və “münafiqlər”dən (İran Xalq Mücahidləri Təşkilatı) başqa, İraqın keçmiş prezidenti Səddam Hüseyn ailəsi üzvlərinin də rolu olub.

Səddam sülaləsinin islam ümmətinə, o cümlədən də İran millətinə qarşı əlindən gələn cinayəti törətməsinə heç bir şübhə yoxdur. Bizdə olan məlumatlar göstərir ki, Səddam ailəsinin İranda baş verən son olaylarda əli olub və onlar düşmən qruplaşmalara yardım etməklə İslam Respublikasına zərbə vurmağa çalışıblar”.

 Xatırladaq ki, ötən iki həftədə, İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Ölkədə teokratik rejimə,  yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox iştirakçı həbs edilib.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений