Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda iqtidara qarşı keçirilən etirazlarda tutulan daha 1 aksiyaçı işgəncələr altında öldürülüb



İranda ötən ilin axırlarından başlayan və iki həftə davam edən kütləvi xalq etirazlarında tutulan daha 1 gənc aksiyaçı zindanda işgəncələr altında öldürülüb.

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 14 gün əvvəl Ərak şəhərində molla rejiminə qarşı keçirilən dinc etirazlarda tutulan 20 yaşlı aksiyaçı Seyid Şahab Əbtəhi, bir neçə gün əvvəl həbsxanada dindirilərkən işgəncələr altında öldürülüb. Bildirilir ki, gənc aksiyaçı öldürüldükdən sonra onun meyiti yerli ETTELAAT əməkdaşları tərəfindən yaşadığı məhəlləyə gətirilrək atasının evi qarşısına atılıb. Meyit üzərində işgəncə əlamətlərinin, eləcə də dəyənək zərbələri izlərinin açıq-aşkar göründüyü qeyd olunur.

Zəncan zindanında işgəncələr altında öldürülən azərbaycanlı aksiyaçı Məhəmməd Nəsiri

Xatırladaq ki, son iki həftədə, İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib. Tutulanlardan isə ən azı 9-u (Möhsün Adili, Vəhid Heydəri, Saro Qəhrəmani, Sina Qənbəri, Kiyanuş Zəndi, Əli Poladi, Ariya Ruzbehi, Məhəmməd Nəsiri və Seyid Şahab Əbtəhi) iranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər.

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений