Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İqtisadçı: "...Rusiya gürcü hökumətini belə addım atmağa məcbur edə bilib”



“Gürcüstanın ərazisindən keçərək Avropaya qaz daşıyacaq Cənub Qaz Dəhlizi boru kəməri Avropanın qaz təchizatının şaxələndirilməsində öz sözünü deyəcək əsrin nəhəng enerji layihəsidir”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Fikrət Yusifov deyib.

O bildirib ki, bu kəmərin Gürcüstan üzərindən çəkilməsi gürcü hökumətinin razılığı ilə baş tutub:

“Gürcü hökumətinin rəhbərliyinin TANAP-ın açılış mərasimində iştirak etməməsi gürcü ağlının və gürcü istəyinin nəticəsi deyil. Bu gün Gürcüstanda ictimai-siyasi durum bir o qədər də sabit deyil. Belə bir vəziyyətdə gürcü hökumətinin TANAP-a qarşı bu qədər biganə qalmasının başqa kökləri var. Müstəqillik dövründə Azərbaycanın regional enerji və nəqliyyat layihələrinə bütün qısqanclıqlar şimaldan gəlib və bundan sonra da oradan gəlməkdə davam edəcəkdir. Rusiya hər hansı bir məsələdə öz maraqlarını qorumağa qalxırsa, o, hökmən həmin məsələ ətrafında intiriqa yaradır və çox vaxt da bu yolla istəyinə nail olur. Beynəlxalq aləmdə intriqalar yaratmaqla ölkəsinin maraqlarını təmin etmək bu dövlətin xarici siyasətinin əsas taktiki gedişlərindən biridir”.

Ekspertin qənaətincə, Dağlıq Qarabağın işğalı və bu günə qədər torpaqların işğal altında qalmasında Rusiyanın payı nə qədərdirsə, gürcü hökumətinin TANAP layihəsinə bəslədiyi indiki münasibətdə də Rusiyanın payı bir o qədərdir:

“Əgər Rusiya illərdir müdafiə etdiyi Əsəd rejimini Gürcüstan ərazisində yaratdığı qondarma dövlətləri tanımağa məcbur edirsə, bu artıq çox mətləblərdən xəbər verir. Ən azından Gürcüstan dostluq etdiyi Avropanın qaz təchizatının şaxələndirilməsi layihəsinə belə ögey münasibət bəsləməməli idi. Deməli Gürcüstanda son günlər yaranmış gərginliklər fonunda Rusiya gürcü hökumətini belə addım atmağa məcbur edə bilib”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений