Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"İphone X" "Android"i məğlub etdi



"İphone X" ötən ilin dördüncü rübündə ağıllı telefon bazarında ilk yeri tutub.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, yeni smartfon "Apple" şirkətinin nəzərdə tutduğu qədər satılmasa da, bazarda böyük yer tuta bilib.

"Counterpoint" aradşırma şirkətinin məlumatına görə, 2017-ci ilin son rübündə ağıllı telefon bazarındakı qazancın 86%-i "Apple" şirkətinə çatıb. Bunun da 35%-i "İphone X" modelinin sayəsində olub.

"Android" istehsalçıları isə bazardan 14% qazanc götürüb. Bu göstərici "İphone X" modelinin təkbaşına "Samsung", LG, HTC, "Sony", "Oneplus", "Huawei" və "Xiaomi"-dən üç qat daha çox satıldığı mənasına gəlir.
 
Araşdırma şirkətinin məlumatına görə, Çin ağıllı telefon istehsalçıları da keçmiş dövrlərə nisbətən mənfəətlərini artırmağa başlayıblar. Çinli ağıllı telefon istehsalçıları 2017-ci ilin dördüncü rübündə 1,3 milyard ABŞ dollar gəlir qazanıblar.

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений