Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İntihardan əvvəl 3 gün oruc tutanlar, oğlan evinə başlıq verən qızlar, bir neçə əri olan qadınlar - HAMISI BİR ÖLKƏDƏ



22-dən çox dildən danışılan bu ölkədə ilginc adətlər dünyanı heyrətləndirməyə davam edir.

Cebhe.info Hindistanın dünyada maraqla qarşılanan belə adətlərindən bir neçəsini təqdim edir:

1. Qanq çayına girmək. Hindlilər təmizlənmək üçün Qanq sularını müqəddəs bilir və onu tanrı kimi qəbul edirlər. Ölülərini də bu çayda yuyub külünü Qanqa atırlar.

2. İnəklərin müqəddəsliyi. Hind inancına görə, tanrı Krisna inəyin vücudundadır və buna görə də bu heyvanı müqəddəs hesab edirlər. Əgər kimsə yanlışlıqla inəyə zərər verirsə, o adam 6-12 ay çimməz, təmizlənməz, saqqal və dırnaqlarını kəsməz. Sosial və iş həyatını davam etdirməz. Bu müddət bitdikdən sonra isə müqəddəs ağacın altında ziyafət verməli, həmin ağacın yarpaqlarını kərə yağında yandıraraq günahlardan təmizlənməlidir.

3. Hindistanın maraqlı adətlərindən biri də intiharın günah kimi qəbul edilməməsidir. Bəzən isə hətta təqdir edilir. İntihar etmək istəyən şəxs 3 gün oruc tutur. Başqa bir ilginc məqam isə yaşlı və ya xəstələri intihara tərk etməkdir. Onlara gözəl libas geyindirilir və Qanq çayının sahilinə gətirilir. Sahilə qoyulan intihara tərk edilən şəxs yavaş-yavaş suyun altında qalır. Əgər həmin adam intihardan qaçarsa, insanlıq qarşısında şərəfini itirmiş hesab edilir. Heç kim onu evinə qəbul etmir. Küçədə sonunda acından ölür.

4. İngilis işğalına qədər Hindistanda bəzi əyalətlərdə qadınların birdən çox əri ola bilərdi. Xüsusilə də qardaşlar eyni qadınla evlənirdilər. Bu gün də də bu adət məhdud dairədə qalır.
5. Bu ölkədə 7 yaşına çatan qızlar itlə evləndirilir. Beləliklə də ərə gedənə qədər həmin it tərəfindən qorunduğu düşünülür.

6. Hindistanın maraqlı adətlərindən biri də Drahmadır, yəni başlıq pulu. Ancaq digər ölkələrdən fərqli olaraq burda oğlan evi yox, qız evi başlıq verir. Buna görə də ailələr qız övlad istəmirlər. 

7. Hindistnın ilginc adətlərindən biri də Satidir. Əri ölən qadınlar  ya benzin tökərək özlərini odlamalı, ya da başqası tərəfindən yandırılmalıdır. Bu yolla qadının günahlardan təmizləndiyi və ərinin yanına getdiyi inancı var.

8. Hinstanda qurbağaların evləndirilməsi adəti də var. Məqsəd yağış tanrısının arzusunu yerinə yetirməkdir.

9. Uşaqları hündürdən atmaq adəti də hələ qalır. Xüsusilə müsəlman əhali arasında bu adət var. Oğlan uşaqları hündürdən atılır və bu yolla onların daha sağlam olacaqları güman edilir.

10. Holl festivalı. Bu festivalda hər kəs bir-birinə rəngli boyalar atır və beləliklə yazın gəlişi qeyd edilir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений