Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnsanlara görə nəsilləri kəsiləcək



Oranqutan meymunları nəsillərinin tükənməsi təhlükəsi ilə üzləşiblər.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, İndoneziya, Malayziya və Bruneyin yerləşdiyi Borney adalarında son 16 ildə təxminən 100 min oranqutan öldürülüb. Bu meymun nəslinin kütləvi şəkildə qırılmasına səbəb, oranqutanların yaşadıqları meşələrin insanlar tərəfindən sürətlə məhv edilməsi göstərilir.

Qeyd edilir ki, meymunların yaşadıqları meşələri məhv edən insanlar bununla kifayətlənməyib, dərilərinə görə meymunlara da qənim kəsiliblər. Nəticədə 100 min oranqutan insanların bu barbar hücumlarına görə can verib.

Elm adamlarına görə Borney meşələrinin məhv edilməsi, palma yağı üçün təbiətə verilən zərər, mədən fəaliyyətləri, kağız fabrikləri üçün xammalın əldə edilməsi və odun əldə etmək məqsədilə ağacların kəsilməsi oranqutlanların sürətlə yox olmasının başlıca səbəbləridir.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений