Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnsan 120 il yaşaya bilər: Mütəxəssis ŞƏRTLƏRİ sadaladı



Uzunömürlülük 80 faiz həyat tərzi, 20 faiz isə genetikadan asılıdır.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi Olqa Tkaçeva bildirib. 

Onun sözlərinə görə, uzunömürlülər əsasən siqaret çəkmir, spirtli içki içmir, fiziki fəal şəxslər olur. Təqaüdə çıxdıqdan sonra da işləyir və sosial həyat sürür. Həmçinin ömrün uzun olmasına intellektual fəaliyyət də müsbət təsir göstərir. 

Tkaçevanın sözlərinə görə, işləməyən təqaüdçülər işləyənlərə nisbətən 3 dəfə çox içir, 2 dəfə çox depressiyaya düşür və daha tez ölürlər. Öz sağlamlığının qeydinə qalan şəxs gündə 10 min addım getməli, 40 dəqiqəsini tez yürüşə ayırmalı, həftədə azı 2 dəfə üzməli və ya velosiped sürməlidir. 60 yaşdan sonra şəkər və duzdan imtina etməli, 5 pors meyvə-tərəvəz yeməlidir. Onun sözlərinə görə, insan 120 il yaşaya bilər: “Bu gün 55 yaşlı qadını yaşlı adlandırmaq çətindir, 60 yaşlı kişilər isə çox zaman karyerasının pikində olur”. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений