Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnkluziv təhsil? – Azərbaycanda yalnız proqramlarda qalmaqdadır



Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvenvensiyaya qoşulsa və inkliziv təhsillə bağlı ölkədə dövlət proqramları hazırlansa da, əlilliyi olan uşaqların təhsilə cəlb olunmasında ciddi problemlər qalmaqdadır.

Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Bildirilir ki, sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.

Amma bu imkanlardan yararlanmaq ölkəmizdə çox azsayda sağlamlıq imkanları məhdud olan uşağa qismət olur.

Digərləri isə kənarda qalır – Rəfail kimi Cebhe.info-ya üz tutan Ülkər Nəzərova autizim xəstəsi olan övladı Rəfailin təhsilli ilə bağlı problem yaşayır. Valideyinlər dəfələrlə Təhsil Nazirliyinə üz tutsalar da, övladlarının inkluziv təhsil almasına nail ola bilməyiblər: “Oğlumun 10 yaşı var, 4-cü sinifi bitirir.  O, 268 saylı xüsusi məktəbdə oxuyur, evdə təhsil alır.  Biz hələ birinci sinifə gedərkən onu inkluziv təhsil almağa yönəltmək istədik. Amma dedilər ki, pilot layihə bitib və ikluziv təhsil yoxdur. İkinci sinifdə oxyanda yeni layihə başladı. Həmin vaxt qoymaq istədik, götürmədilər, dedilər ki, biz yalnız birinci sinifdən götürürük.

Bu cür təhsil Bakı şəhərində cəmi 2 məktəbdə və iki sinifdədir. Həmin siniflərdə də cəmi iki nəfər otura bilər. Beləlliklə cəmi 7-8 uşaq bu cür təhsil ala bilər. Qalanlarının oxuyub-oxumaması isə valideyinlərin problemidir. Mənim həkiməm. Uşağımın problemi olduğundan ikinci dəfə Moskva psixoanaliz institututnu bitirmişəm ki, uşağımla məşğul olum. Müraciət edəndə dedim ki, icazə versinlər məktəbə gedib-gəlim, uşağımla məşğul olum. Buna da icazə vermədilər ki, əlavə ştatımız yoxdur. Dedim ki, könüllü olaraq oturaram, buna da icazə vermədilər”

Rəfail 4-cü sinifi bitirdikdən sonra valideyinlər bir daha Təhsil Nazirliyə müraciət etmək məcburiyyətində qalıblar: “İndi də deyirlər ki, inkluziv təhsil ancaq 4 illikdir. Bu necə inklizivlikdir ki, cəmi 4 sinifdir. Qalanları nə etməlidir. Mənim uşağım yenə də kənarda qaldı. Məcburam ki, xüsusi məktəbə qoyam. Amma bu mənim nəyimə lazımdır. Nə vaxtadək uşağı evdə saxlaycam. O, normal uşaqlarla oxumalıdır ki, vəziyyəti yaxşılaşsın”.

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений