Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İngilislərə dəyən “Osmanlı tokat”ı



Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı və bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları Qərb dünyasında ciddi narahatçılığa səbəb olub.Belə ki, Ərdoğanın “ABŞ komandanlığı hələ “Osmanlı tokatı” görməyib” sözləri Qərb dünyasının yuxusuna haram qatıb. Maraqlıdır ki, Ərdoğanın bu sözləri ilk olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Hether Noyertin (Heather Nauert) tərəfindən cavablandırılıb: "Biz istər türk hökumətindən, istərsə də başqa hökumətlərdən belə ritorikaları çox eşitmişik və onları vecimizə almırıq".

Ancaq görünən odur ki, bu Qərb ölkələri verilən mesajı alıblar.Britaniya mətbuatı Ərdoğanın açıqlaması və bunun arxasında dayanan məqamlara toxunaraq böyük həcmdə yazı dərc edib.

“Türkiyə bu əməliyyatla bütün gizli üzləri ortalığa çıxardı”

Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ərdoğanın bu açıqlamasının arxasında duran məqam Türkiyə ordusunun “Zeytun budağı” adı altında hərbi əməliyyatlara başlamasıdır:

“Bu əməlliyyat başda ABŞ olmaqla, bütün Qərb dünyasının regionla, xüsusilə də Türkiyə ilə bağlı planlarını pozmuş oldu. Yəni, Türkiyə Qərbə qarşı öz mövqeyini praktik olaraq ortaya qoydu.Bu həm də Qərb dünyasına bir hərbi çağırış idi. Ərdoğan bu bəyanatla dedi ki, gücü yetən varsa, Türkiyə ordusunun qarşısına çıxsın. Dünənə qədər gizli şəkildə terrorçulara dəstək verənlər, bu gün açıq şəkildə Türkiyə ilə bağlı məsələlərdə “Afrin şərti” ortalığa qoyurlar. Əslində Türkiyə bu əməliyyatla bütün gizli üzləri ortalığa çıxardı..Artıq bu çağırışdan görünür ki, bir çox ölkələr nəticə çıxarıblar və ona görə də ciddi narahatlıqlar ifadə olunur”.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərbi narahat edən regiona nəzarəti itirmək riskdir:

“Türkiyənin Şimali Suriyanın Afrin regionunda YPG terrorçularına qarşı anti-terror əməliyyatı ABŞ başda olmaqla bir neçə Qərb ölkəsini narahat etməsi, bu ölkənin regionda tarixi nüfuzunun bərpa edilməsindən irəli gəlir. Türkiyənin öz sərhədləri yaxınlığında terrorun qarşısını almaq və ölkənin təhlükəsizliyini möhkəmləndirmək üçün YPG-yə qarşı apardığı hərbi əməliyyatları ABŞ-ın “kürd planı”nın qarşısını demək olar ki alır. Ərdoğanın “Afrindən sonra Menbicə gedəcəyik, YPG-ni bitirəcəyik” açıqlaması Türkiyənin Osmanlı siyasətinin davamı olaraq regiona nəzarəti bərpa edəcəyi anlamına gəlir.İngiltərə Osmanlı siyasətinin yenidən siyasi səhnəyə qayıtmağından çəkinir.Osmanlı tarix boyu bu regionda ABŞ və İngiltərənin siyasətinin qarşısını alıb”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений