Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İndi toy-bayramdır, bir ay sonra isə... BAHALAŞMA



“ABŞ bütün dünyaya, o cümlədən qonşularına, Çinə, Avropa Birliyi ölkələrinə ticarət müharibəsi elan edib - bir çox mallara yeni gömrük rüsumları təyin edib. Çindən gələn məhsullara 250 milyard əlavə gömrük rüsumu tətbiq ediləcək. Kanada, Meksika, AB ölkələrindən gətirilən mallara da gömrük rüsumları artırılacaq”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, yerli istehsalçılar bu qərarı toy-bayramla qarşılayır, əhalinin bir qisminin də patriotik hisslər fontan vurur, ABŞ-ın güclü olduğu beyinləri dumanlandırır:

“ABŞ-da olanlar bilir ki, satışda olan gündəlik tələbat mallarının böyük əksəriyyəti Çin və Meksika istehsalıdır. Son dəfə ABŞ-da olanda ailə üzvlərimə hədiyyələr almışdım, hamısı məndən küsmüşdülər, çünki əksəriyyət malların üzərində "Made in China" yazılmışdı. Hətta anam, "a bala bunları özünə yük edib o boyda yolu niyə gətirmisən, elə Sədərəkdən alardıq da", demişdi. Amma sonra malların Sərəkdə satılandan fərqli olaraq keyfiyyətli olduğunu gördülər. Bu gün Trampın populist və etatist addımları ABŞ patriotlarına ləzzət etsə də, cəmi bir neçə ay sonra əvvəllər aldıqları malları 20-25 faiz baha alanda artıq o hissləri unudacaqlar. Dünyada heç bir ölkə, o cümlədən ABŞ da bütün mallarla özünü təmin edə bilməz, bu mümkün deyil, həm də iqtisadi məntiqə uyğun gəlmir”.

İqtisadçının qənaətincə, istənilən ticarət müharibələrinin, gömrük və vergi artmasının son ödəyicisi sonda mütləq sadə vətəndaşlar - alıcılar olur:

“ABŞ vətəndaşları da, Trampın ilk baxışdan daxili istehsalçını qorumaq adı altında atdığı addımların bədəlini ödəməli olacaqlar, ciblərinə dəyən ziyan vətənpərvərliyə qalıb gələcək. İqtisadiyyatda populuzm, məntiqə yox hisslərə söykənən qərarlar həmişə sadə camaata, vətəndaşa ziyan vurur. Bizdə də eyni vəziyyətdir: Ölkədə istehsalı olmayan məhsullara belə hökumət böyük vergi və gömrük rüsumu tətbiq edir - adını da qoyur ki, daxili istehsalçını qoruyur, büdcəni doldurur, bizlər isə cibimizlə bunu ödəyirik. Əslində məni - vətəndaşı - alıcını - istehsalçını bir məsələ düşündürür: Ucuz və keyfiyyətli məhsul almaq! Məhsulun hansı ölkə istehsal etməsi məni maraqlandırmır. Daxili istehsalçı keyfiyyətli və ucuz məhsul istehsal etməyi, xarici şirkətlər ilə rəqabət etməyi öyrənməlidir! Hökumətin ixtiyarı yoxdur ki, yerli istehsalçını mənim cibim hesabına dəstəkləsin - vəssalam!”

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений